Bank Of Baku

Müsavat başqanı 20 Yanvar hadisələri ilə bağlı hüquqi baxımdan mükəmməl səviyyədə hazırlanmış istənilən təklifin tərəfdarı olduğunu bildirib

Müsavat başqanı 20 Yanvar hadisələri ilə bağlı hüquqi baxımdan mükəmməl səviyyədə hazırlanmış istənilən təklifin tərəfdarı olduğunu bildirib
# 19 yanvar 2010 15:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mən 20 Yanvar hadisələri ilə bağlı hüquqi baxımdan mükəmməl səviyyədə hazırlanmış istənilən təklifin tərəfdarıyam”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. 20 Yanvar faciəsi ilə bağlı keçmiş SSRİ rəhbərliyi barədə beynəlxalq məhkəmələrə müraciət edilməsi təkliflərinə münasibət bildirən İ. Qəmbərin sözlərinə görə, sənədlər hüquqi baxımdan əsaslı hazırlansa, o zaman nəticə əldə etmək mümkün olacaq: “Hüquqi cəhətdən kifayət qədər mükəmməl olmayan, yalnız şüar xatirinə təkliflərin irəli sürülməsi isə səmərəli olmaya bilər. Nəticənin qısa, yaxud uzun müddətdə əldə olunacağından asılı olmayaraq, həqiqət uğrunda mübarizə hər zaman aparılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR