Bank Of Baku

MTN-in akademiyasında anım tədbiri keçirilib

MTN-in akademiyasında anım tədbiri keçirilib
# 19 yanvar 2010 15:42 (UTC +04:00)
Bakı – APA. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Nazirliyin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə 1990-cı ilin yanvarında sovet imperiyasının hərbi birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna təcavüz idi: “Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış qanlı yanvar eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi”.
Sonra akademiyanın rəis müavini, polkovnik İsmayıl Bağırov və müdavimlər çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR