Bank Of Baku

Mütəllim Rəhimli: “20 yanvar faciəsinin günahkarlarını cəzalandırmaq üçün İsrail dövlətinin metodlarından istifadə etmək lazımdır”

Mütəllim Rəhimli: “20 yanvar faciəsinin günahkarlarını cəzalandırmaq üçün İsrail dövlətinin metodlarından istifadə etmək lazımdır”
# 19 yanvar 2010 15:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ədalət Partiyası 20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılması ilə bağlı İsrail dövlətinin metodlarından istifadə etmək təşəbbüsü ilə çıxış edib. Partiya sədrinin müavini Mütəllim Rəhimli APA-ya bildirib ki, hazırda cinayətkarların cəzalanması ilə bağlı ən müxtəlif təkliflər irəli sürülür: “Bir qisim 20 ildir SSRİ prokurorluğunun varisi olan Rusiya Federasiyasının Baş prokurorluğundan işin istintaqı ilə bağlı sorğulara cavab gözləyir. Başqa bir qisim günahkarların beynəlxalq Haaqa məhkəməsinə verilməsini təklif edir. Biz isə hesab edirik ki, dövlətimizə və millətimizə düşmən kəsilən insanlara qarşı sistemli mübarizədə İsrail dövlətinin siyasətini və qurumlarının fəaliyyətini nümunə kimi götürmək olar. Onlar dünyaya car çəkmək və yalvarmaq əvəzinə, dövlətin düşmənlərindən bacardıqlarını İsrailin müttəhimlər kürsüsünə əyləşdirirdilər, buna nail olmadıqda isə onları tapdıqları yerdəcə cəzalandırırdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR