Bank Of Baku

Tərkibi buraxılmış məntəqə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılmasına başlanıb

Tərkibi buraxılmış məntəqə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılmasına başlanıb
# 20 yanvar 2010 09:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərindən sonra tərkibi buraxılmış məntəqə seçki komissiyalarının yeni tərkibinin formalaşdırılmasına başlanıb”. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dairə seçki komissiyalarına tapşırıq verilib: “Çünki Seçki Məcəlləsinin tələbinə əsasən hazırda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başlayıb. Seçki məntəqələri bu işdə birbaşa iştirak edir. Ona görə də ola bilsin, artıq məntəqə seçki komissiyalarının formalaşması başa çatıb”. Tərkibi buraxılmış dairə seçki komissiyalarına gəldikdə, M. Pənahov bu komissiyaların tərkibinin MSK tərəfindən formalaşdırılacağını söyləyib.

Qeyd edək ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 18 seçki məntəqəsinin, 2 DSK-nın tərkibinin tam buraxılması, 2 DSK sədrinin isə vəzifədən azad edilməsi barədə qərar verib. Ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin isə seçkilərə müdaxilə etdiyi təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR