Bank Of Baku

Qərb bölgəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilir

Qərb bölgəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilir
# 20 yanvar 2010 10:47 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Tovuz rayonunda da bir sıra tədbirlər keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirlərdə rayon ictimaiyyəti ilə birgə millət vəkili Qənirə Paşayeva iştirak edib. Faciənin 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbir Tovuz rayon Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb. Bura gələnlər vətən uğrunda canlarından keçərək şəhid olmuş oğulların məzarlarını ziyarət edərək gül dəstləri qoyublar. Daha sonra Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəyə gedən millət vəkili Qənirə Paşayeva əsgərlərlə görüş keçirib. Görüşdə 20 yanvar faciəsindən söhbət açan millət vəkili həmin günlərin Azərbaycan tarixinə azadlıq rəmzi kimi yazıldığını vurğulayıb. Millət vəkili qeyd edib ki, Sovet imperiyasının süqutunda 20 yanvar hadisələrinin böyük rolu olub.
20 yanvar faciəsinin 20-ci il dönümü Gəncədə də qeyd edilib. Gəncə ictimaiyyəti şəhərdə 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin ruhunu ehtiramla yad ediblər. 20 yanvar faciəsinin 20 ildönümü ilə əlaqədar Qərb bölgəsində yerləşən digər rayonlarda da silsilə tədbirlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR