Bank Of Baku

Lənkəranda yeni tikilmiş “Şəhidlər” memorial kompleksinin açılışı olub - FOTOSESSİYA

Lənkəranda yeni tikilmiş “Şəhidlər” memorial kompleksinin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 20 yanvar 2010 12:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yeni inşa edilmiş Şəhidlər Xiyabanı xatirə memorial kompleksinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Hadı Rəcəbli, yerli icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon sakinləri iştirak edib.

Lənkəran İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Mətləb İbrahimov APA-ya açıqlamasında bildirib ki, 2800 kvadratmetr ərazini əhatə edən kompleksdə rekonstruksiya işlərinə iki ay əvvəl başlanıb. Xiyabanda əbədi məşəl kompleksi inşa olunub, qara qranitdən istifadə olunmaqla şəhidlərin məzar daşları yenilənib, ətraf əraziyə 1430 kubmetr plitə döşənib, 50-yə yaxın müasir işıqlandırma sistemi quraşdırılıb. Xiyabanda 20 Yanvar və Qarabağ şəhidləri ilə yanaşı, 1918-ci ildə erməni vəhşiliklərinin qurbanı olmuş lənkəranlıların da xatirələri əbədiləşdirilib.

Şəhidlər Xiyabanının açılışından sonra tədbir iştirakçıları Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında hazırlanmış “Şəhidlər” musiqili-bədii kompozisiyaya tamaşa ediblər.

Qeyd edək ki, 1990-cı il hadisələrində 11 Lənkəran sakini şəhid olub. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, 6-sı yanvarın 26-da Talış meşələrində, daha 1 nəfər isə vertolyotda aparılarkən məftillə rus hərbçiləri tərəfindən boğularaq qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR