Bank Of Baku

Azərbaycan prezidentinin iştirakı ilə Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan prezidentinin iştirakı ilə Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub
# 21 yanvar 2010 10:20 (UTC +04:00)
Bakı – APA. Yanvarın 21-də Bakıda Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. APA-nın məlumatına görə, açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Prezident və xanımı səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, Respublika klinik uroloji xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Xəstəxananın respublikada urologiya və nefrologiya elminin inkişafında da böyük rolu olub.

Azərbaycan prezidentinin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir-təchizatı və onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında imzaladığı sərəncama əsasən xəstəxanada yenidənqurma işləri aparılıb.

Məlumat verilib ki, ümumi sahəsi 7,6 min kvadratmetr olan 120 çarpayılıq klinikada uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya və anesteziologiya, şüa diaqnostikası, immunoloji laboratoriya və digər şöbələr var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR