Bank Of Baku

Mirmahmud Mirəlioğlu müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirir

Mirmahmud Mirəlioğlu müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirir
# 21 yanvar 2010 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu ilin sonlarında keçiriləcək parlament seçkilərində iştirakla bağlı müxalifət partiyaları arasında danışıqlar başlayıb. Bu barədə APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, KXCP-nin daxil olduğu Demokratiya Uğrunda İttifaq (DUİ) parlament seçkiləri mövzusunda müxalifətin ümumi mövqeyinin öyrənilməsi üçün birgə toplantının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu toplantının keçirilməsi və digər müxalifət təşkilatlarının bu toplantıda iştirakı barədə danışıqlar aparmaq isə M. Mirəlioğluna həvalə edilib: “Bu günə kimi bir neçə partiyanın rəhbərliyi ilə görüş keçirilib və yaxın vaxtlarda daha bir neçəsi ilə görüş olacaq. Amma hələlik nəticə çıxarmaq tezdir. Qısa müddətdə görüşləri yekunlaşdırıb ümumi qərarımızı verəcəyik”.

Müxalifətin ümumi toplantısının fevralda keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR