Bank Of Baku

Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb

Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb
# 22 yanvar 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar. Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynovun APA-ya verdiyi məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bu prosesə yanvarın əvvəlindən start verilib. Hazırda məntəqə seçki komissiyaları yerli icra hakimiyyəti orqanları, pasport qeydiyyatı idarələri ilə birlikdə seçici siyahılarını dəqiqləşdirirlər. Sonrakı mərhələdə seçici siyahıları dairə seçki komissiyaları tərəfindən ümumiləşdirilərək Mərkəzi Seçki Komissiyasına təhvil veriləcək. May ayında isə MSK nəticələri ümumiləşdirərək seçicilərin sayını ictimaiyyətə açıqlayacaq və seçici siyahıları qurumun rəsmi internet səhifəsinə yerləşdiriləcək.

Qeyd edək ki, 2009-cu ildə ölkə üzrə seçicilərin sayı 4 milyon 893 min 69 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR