Bank Of Baku

Qüdrət Həsənquliyev: “Pənah Hüseynin Əbülfəz Elçibəyin guya zəhərlənməsi barədə fikirlərinə təəssüf edirəm”

Qüdrət Həsənquliyev: “Pənah Hüseynin Əbülfəz Elçibəyin guya zəhərlənməsi barədə fikirlərinə təəssüf edirəm”
# 22 yanvar 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Pənah Hüseynin Əbülfəz Elçibəyin guya zəhərlənməsi barədə fikirlərinə təəssüf edirəm və onun bu açıqlamasını pisləyirəm”. Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib. Millət vəkili P. Hüseynin Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi barədə mətbuatda səsləndirdiyi ehtimallara münasibət bildirən Q. Həsənquliyev deyib ki, bu, Əbülfəz Elçibəyin ruhunun incidilməsi, eyni zamanda dünyasını dəyişmiş insandan öz maraqları naminə istifadə etmək cəhdidir. Belə bir hərəkətin heç kimə başucalığı gətirmədiyini deyən Q. Həsənquliyev bildirib ki, bu, kifayət qədər həssas məsələdir: “Əbülfəz bəy Türkiyə xəstəxanasında vəfat edib. Pənah Hüseynin bu fikirlərindən sonra Türkiyədən də bir məsuliyyətsiz adam tapılacaq, ikibaşlı bir söz deyəcək. Hazırda Türkiyə ilə Azərbaycan arasında görünən və görünməyən bir gərginlik yaşanır. Bu fikirlərdən sonra Əbülfəz bəyin cəsədinin eksqumasiya olunması gündəmə gələcək. Sözsüz ki, buna heç kim razılıq verməz. Amma bu, zorla edilsə belə, sonra Pənah başlayacaq ki, bunu hökumət həyata keçirdi, ona görə də bu iş obyektiv aparılmayıb. Dövlət strukturları bunu obyektiv etməyəcəksə, kim bunu həyata keçirməlidir? Yəni bunları bilə-bilə bu məsələnin gündəmə gətirilməsi hesab edirəm ki, siyasi demaqogiyadır. Pənah Hüseynin bu səviyyəyə enəcəyini gözləmirdim”.

Qeyd edək ki, P. Hüseyn “Yeni Müsavat” qəzetinə açıqlamasında Əbülfəz Elçibəyin xəstəliyinin birdən başladığını və çox sürətli inkişaf etdiyini bildirib. Millət vəkili Elçibəyin ölümünün müəyyən şübhələr doğurduğunu deyib: “Bu baxımdan təhqiqat aparılmalı, Əbülfəz Elçibəyin məhz əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişməsi yoxlanılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR