Bank Of Baku

Demokratiya Uğrunda İttifaq seçkilərdə əməkdaşlıqla bağlı “Azadlıq” blokuna təkliflər verib

Demokratiya Uğrunda İttifaq seçkilərdə əməkdaşlıqla bağlı “Azadlıq” blokuna təkliflər verib
# 25 yanvar 2010 10:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində müxalifətin əməkdaşlığını təmin etmək üçün Demokratiya Uğrunda İttifaqın təmsilçiləri “Azadlıq” blokunun rəhbərləri ilə görüşüblər. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, blokun Siyasi Şurasının sonuncu iclasında DUİ təmsilçisi olaraq Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev qatılıb: “Onlar bu toplantıya təkliflə qatılmışdılar. Təklifləri dinlənildi, dəyərləndirilməsi üçün vaxt istədik. Hazırda blok daxilində bu təkliflə bağlı müzakirələr aparılır. Amma belə razılaşma var ki, təklifin detalları mətbuata açıqlanmasın”. Ə. Əliyev yaxın vaxtlarda DUİ-nin təklifinə cavab veriləcəyini bildirib.

Qeyd edək ki, DUİ parlament seçkiləri ilə bağlı müxalifət partiyalarının əməkdaşlığının yaranması üçün “Azadlıq” bloku, Müsavat Partiyası və DUİ-nin ümumi toplantısının keçirilməsi və ümumi müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə ötən həftə DUİ təmsilçiləri Müsavat Partiyasının rəhbərliyi ilə də görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR