Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 25 yanvar 2010 12:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Əvvəlcə ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparan İH üzvləri sonra partiyanın parlament seçkilərinə hazırlığı ətrafında müzakirəyə başlayıblar. Seçkilərə hazırlıqla bağlı görülən işlər barədə BAXCP-nin baş katibi Söhrab Abdullayev və təşkilat məsələləri üzrə katib Yaşar Kələntərli məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR