Bank Of Baku

Müasir Müsavat Partiyası parlament seçkilərində iştiraka qərar verib

Müasir Müsavat Partiyası parlament seçkilərində iştiraka qərar verib
# 25 yanvar 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müasir Müsavat Partiyası (MMP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində bütün seçki dairələrindən namizəd irəli sürmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar MMP İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. İclasda parlament seçkilərində fəal iştirakın vacib olduğu bildirilib.

Toplantıda, həmçinin Qərbi Azərbaycan Əlaqələndirmə Şurasından olan qərbi azərbaycanlıların da partiya xətti ilə deputatlığa namizədliklərinin irəli sürülməsi qərara alınıb. Bu istiqamətdə aktiv iş aparmaq üçün partiyada xüsusi işçi qrupu yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR