Bank Of Baku

ADP-nin yaranmasından 19 il ötür

ADP-nin yaranmasından 19 il ötür
# 25 yanvar 2010 13:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) yaranmasının 19 ili tamam olur. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun İdarə Heyətinin son iclasında ADP-nin 19 illik fəaliyyəti müzakirə edilib və bununla bağlı bəyanat qəbul olunub. Bəyanatda fəaliyyət göstərdiyi müddətdə partiyanın dövlət qeydiyyatının ləğv edilməsi, çox sayda üzvünün həbs olunması, bir sıra üzvlərinin mühacirət etmək məcburiyyətində qalması və digər ciddi problemlərlə üz-üzə qaldığı bildirilib. Partiya demokratiya, azadlıq, ədalət, qanunçuluq tərəfdarı olduğunu və mübarizəsini davam etdirdiyini bəyan edib.

İdarə Heyətinin iclasında Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə də aparılıb.

Qeyd edək ki, ADP 1991-ci il yanvarın 26-da təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR