Bank Of Baku

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 26 yanvar 2010 10:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycan və Qazaxıstan hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsinə dair məsələ müzakirə olunub. Komitə sədri Eldar İbrahimov deyib ki, bu sazişin imzalanması iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, saziş bir çox sahədə, o cümlədən informasiya sahəsində təcrübə mübadiləsi aparılmasını nəzərdə tutur.

Müzakirələrdən sonra sənəd parlamentin yaz sessiyasına tövsiyə olub.

İclasın sonunda E. İbrahimov payız sessiyası ərzində görülən işlər haqqında məlumat verib, yaz sessiyasına hazırlıqlardan danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR