Bank Of Baku

“Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
# 26 yanvar 2010 10:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Regional komitəsinin ilk iclası keçirilib. APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə yaz sessiyasında onların təqdimatı ilə altı məsələnin müzakirəyə çıxarılacağını deyib: “Bunlar “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi, “Bələdiyyələrin statusu və bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna əlavə və dəyişikliklər, Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik, bəzi bölgələrin inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi, bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsindən ibarət olacaq” .

İclasda həmçinin bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklə bağlı məsələ müzakirə olunaraq parlamentin yaz sessiyasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR