Bank Of Baku

AMİP parlament seçkilərində iştirak formasını müəyyənləşdirməyib

AMİP parlament seçkilərində iştirak formasını müəyyənləşdirməyib
# 26 yanvar 2010 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu ilin sonunda Azərbaycanda keçiriləcək parlament seçkilərində hansı formada iştirak edəcəyini müəyyənləşdirməyib. Partiyanın baş katibi Fuad Muxtarov APA-ya açıqlamasında bildirib ki, hazırda seçkidə iştirakla bağlı konkret bir variant barədə danışmaq mümkün deyil: “Biz hələ bilmirik ki, seçkilərə tək gedəcəyik, yoxsa hansısa partiya illə ittifaq yaradılacaq. Yəqin ki, bunu yaz aylarında müəyyən etmək mümkün olacaq”. F. Muxtarov bildirib ki, partiyanın Siyasi Şurasında müzakirələr aparılıb və seçkilərdə iştirak etmək qərarı verilib: “İttifaq yaratmaq o qədər də asan məsələ deyil. İndiyə qədər o qədər ittifaqlar olub ki, onların bir hissəsi ya fəaliyyətini yarımçıq saxlayıb, ya da uğursuz nəticələr əldə edib. Siyasi düşərgədə yeni bir qüvvə yoxdur, köhnə qüvvələr də hamısı bir-birini yaxşı tanıyır və bir-birinə daha çox etimadsız yanaşırlar. Ona görə də bu məsələlərdə dəqiq bir rəylə çıxış etmək qeyri-mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR