Bank Of Baku

Mübariz Əhmədoğlu: “Azərbaycanın hərbi potensialı Dağlıq Qarabağı 90 santimetr dərinliyində şumlamağa imkan verir”

Mübariz Əhmədoğlu: “Azərbaycanın hərbi potensialı Dağlıq Qarabağı 90 santimetr dərinliyində şumlamağa imkan verir”
# 27 yanvar 2010 14:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan son danışıqlar barədə mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, politoloq münaqişənin həllində Rusiyanın maraqlarının dəyişdiyini bildirib: “Tərəflər arasında 5 rayonun qaytarılması ilə bağlı hər hansı müzakirə aparılmır. Ermənistan işğal etdiyi 7 rayonu qaytarmağı vəd edib. Hətta Ermənistan prezidenti dəfələrlə qeyd edib ki, işğal altındakı 7 rayonu qaytarmaqla bağlı Rusiya prezidentinə söz verib. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Ermənistan işğal altında olan bütün rayonları geri qaytarmalıdır”.

M. Əhmədoğlu deyib ki, Ermənistan danışıqları süni şəkildə uzatmağa davam edərsə, Azərbaycanın hərbi vasitələrdən istifadə etməsi qaçılmaz olacaq: “Azərbaycan Laçın dəhlizini sıradan çıxarmaqla Dağlıq Qarabağın Ermənistanla əlaqələrini tamamilə kəsə bilər. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrinə cəmi 2-3 saat vaxt lazım olacaq. Azərbaycanın hərbi potensialı Dağlıq Qarabağı 90 santimetr dərinliyində şumlamağa imkan verir. Bu gün Azərbaycanda 120 kilometrlik məsafəni sərbəst vurmaq imkanına malik olan raketlər var. Ermənilər bu gerçəkliyi unutmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR