Bank Of Baku

Milli Məclisin üzvləri İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirib

Milli Məclisin üzvləri İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirib
# 27 yanvar 2010 16:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İtaliyada səfərdə olan deputatları bu ölkədən olan həmkarları ilə görüşüblər. Bu barədə APA-ya açıqlamasında görüşlərdə iştirak edən millət vəkili Fuad Muradov bildirib. Onun sözlərinə görə, bu gün İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçiriblər. Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi imkanları və digər məsələlər müzakirə olunub. F. Muradov, həmçinin italiyalı həmkarlarına regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə də məlumat verdiklərini deyib.

Qeyd edək ki, İtaliyaya səfər edən deputat nümayəndə heyətinə Azər Kərimli, Rövşən Rzayev, Çingiz Əsədullayev, Fuad Muradov və Qüdrət Həsənquliyev daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR