Əli Əliyev: “Kiminsə əlində dövlətə və millətə ziyan vuracaq faktlar varsa, rəsmi instansiyalara müraciət etməlidir” - MÜSAHİBƏ
- “Azadlıq” bloku daxilində müxalifətin sərhədlərinin müəyyən olunması ilə bağlı başlayan müzakirələrdə Sizin bir həftə müddətində bu məsələdə mövqeyini müəyyənləşdirmək üçün AXCP sədri Əli Kərimliyə qarşısında şərt irəli sürdüyünü bildirilir. Bu məlumat nə qədər həqiqətə uyğundur?
- Bizim daxili müzakirələrimiz bir qayda olaraq mətbuata çıxmır. Olmayan bir məsələnin mətbuata çıxması bizim tərəfimizdən başa düşülmür. Yanvarın 23-də blok daxilində seçkilərdə iştirak formatının müzakirəsi başlanıb. Fikir ayrılığı kimi təqdim olunan məsələ normal fikir müxtəlifliyi kimi başa düşülməlidir. Hər bir partiyanın özünün yanaşması var. Müzakirələr başlayandan sonra bu mövqelərin uzlaşdırılması kimi vacib prosedur həyata keçirilir. Biz bu məsələyə kifayət qədər həssaslıqla yanaşırıq. Ona görə də Sədrlər Şurasının sonuncu iclası 4 saata qədər davam etdi, arqumentləri dinlədik və arqumentlərin dəyərləndirilməsi üçün iclasın davamını növbəti toplantıya saxladıq. Müzakirələr olan yerdə arqumentlər də, əks-arqumentlər də olur. Biz uzlaşdırılmış nəticənin əldə olunacağına əminik.
- AXCP öz mövqeyini arqumentləşdiribmi?
- Qeyd etdiyim kimi, müzakirələr başlayana qədər blokdakı hər bir partiyanın prosesə öz yanaşması olub. Amma bunlar barışmaz arqumentlər və mövqelər deyil. Düşünürəm ki, müzakirələr mövqelərin yaxınlaşmasına gətirib çıxaracaq. Əli Kərimli də iclasda öz mövqeyini kifayət qədər arqumentləşdirilmiş şəkildə təqdim etdi. İndi “taym-aut” götürülüb ki, tərəflərin səsləndirdiyi arqumentlər partiyalarda dəyərləndirilsin. Sədrlər Şurasının növbəti iclasında bu məsələnin müzakirəsini davam etdirəcəyik.
- Parlament seçkilərinə AXCP-nin Müsavat Partiyası ilə birgə qatılmaq ehtimalı var və blok daxilindəki narazılıqların səbəbi kimi də bu göstərilir...
- Bu blok müəyyən mərhələlərdə özünü təsdiq edib. Əminəm ki, “Azadlıq” bloku parlament seçkilərinə bütöv halda qatılacaq. Bizim gündəliyimizdə blokun olub-olmaması məsələsi durmur. Gündəlikdə blokun gücləndirilmiş halda parlament seçkilərinə qatılması dayanır. Aparılan müzakirələr də bu məqsədlərdən irəli gəlir. Mətbuatda blokun sıradan çıxması kimi perspektivsiz məsələlərin müzakirəsi artıq enerji itkisidir. Bizim qarşımızda real olmayan effektsiz məsələlərin müzakirəsi durmur.
- Siz AXCP ilə Müsavatın blok yaratmasını, yoxsa bu ideyanı effektsiz hesab edirsiniz?
- Heç kim şübhə etməz ki, son 4 ildə Azərbaycanda ən prinsipial mübarizə aparan “Azadlıq” bloku olub. Bu, bir çox parametrlərinə görə təkrar olunmayan birlikdir. Bu birliyin bütövlükdə digər partiyalarla gücləndirilməsi, yoxsa orada olan partiyalardan birinin başqa bir partiya ilə blok yaratması yaxşı olar?! Yəni məsələyə bir qədər rasional yanaşmaq lazımdır. Hər bir partiyanın imkanlarından asılı olmayaraq, cəmiyyətdə dəstəyi və dayağı var. Bir blokun sıradan çıxması fonunda yaranmış hansısa birlik cəmiyyətə müsbət mesaj verə bilərmi? Biz bunun fərqindəyik. Biz hesab edirik ki dağılmaq yox - hərçənd ki, gündəlikdə belə bir problem yoxdur – konsolidasiya daha çox fayda verə bilər.
- Blokun iclasında da belə bir fikir səsləndirdiyiniz bildirilir ki, AXCP-nin çətin vaxtlarında yanında olmuş partiyaları tərk edərək, Müsavat Partiyası ilə ittifaq yaratmasının əleyhinəsiniz...
- Bizim daxili müzakirələrimiz 3 nəfərin arasında olub. Elə bir təcrübəmiz yoxdur ki, aramızda olan söhbət kənara çıxsın. Digər tərəfdən, bizim daxilimizdə bu tonda davranışlar yoxdur. Bu, süni surətdə blokun daxilində gərginlik görüntüsü yaratmaq istəyən tərəflərin yaydığı məlumatlardır. Mən yüz faiz əmin edirəm ki, 3 nəfərin arasında olan müzakirələrdən 4-cü şəxsin məlumatı olmur. Məsələnin bu şəkildə qoyuluşu mümkün olmadığı üçün belə bir hadisə də olmayıb və bu tonda müzakirə olmayıb. Biz yalnız müxalifətin birliyi ilə bağlı müzakirə aparırıq, başqa variantlar mövcud deyil. Mən bu məsələyə nöqtə qoyaraq bildirirəm ki, “Azadlıq” blokunun daxilində olub-olmamaq məsələsi gündəmdə deyil.
- Müsavat Partiyasının rəhbərliyi elan edib ki, “Azadlıq” bloku ilə yox, yalnız AXCP ilə əməkdaşlıq edə bilərlər. Onlar VİP və Liberal Partiyasını qəbul etmirlər. Bu təklifi necə dəyərləndirirsiniz?
- Bu müzakirələr başlayandan sonra müzakirələrdən əvvəl olan mövqedən daha yuxarıda duraraq bu vaxta qədər verilən açıqlamaları kənara qoyub, fayda verəcək məsələlərin müzakirəsinə başlamışıq. Bu müzakirələrin gedişində kim nə edibsə, milli maraqların fonunda çox kiçik görünür. Ola bilər ki, Müsavat Partiyası bu cür düşünüb. Mən əminəm ki, bu partiyanın daxilində də hazırda müxalifətin birliyi ilə bağlı ciddi müzakirələr aparılır.
- Axı Müsavat Partiyası hazırda da məhz belə düşünür. Arif Hacılı bu gün mətbuata verdiyi açıqlamada bir daha yalnız AXCP ilə əməkdaşlığın mümkünlüyündən danışıb...
- Qoy Arif Hacılı belə düşünsün, mən bir söz demirəm. Kiminsə düşünmə hüququnu əlindən ala bilmərik. Bu onların düşüncəsidir. Bizim düşüncəmiz fərqlidir və müzakirələrimiz yekunlaşandan sonra Müsavat, Demokrat, Ümid və digər siyasi qurumlara münasibətimiz açıqlanacaq. Nə qədər ki, bu müzakirələr yekunlaşmayıb, müttəfiqlərimizə hörmətlə yanaşır, onların arqumentlərini qiymətləndiririk. Ona görə də kimin nə açıqlama verməsindən asılı olmayaraq, heç bir partiya haqqında mövqeyimiz olmayacaq.
- Müsavatın bu təklifini necə qiymətləndirirsiniz?
- Tamamilə normal. Müsavat Partiyası hesab edə bilər ki, onun siyasi uğuru hansısa başqa formuldadır. Onların bu baxışlarını təhlil etmək siyasi etikaya yaraşmayan bir hərəkətdir.
- “Azadlıq” blokunda təmsil olunan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan isə Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham edib. Bu ittihama münasibətiniz necədir?
- Mən qarşılıqlı ittihamların əleyhinəyəm. Xırda məsələlərdən yuxarıda dayanmağın tərəfdarıyam. Bildiyimə görə, Əvəz Temirxan ALP-nin ünvanına səsləndirilmiş ittihamlara cavab verərək belə bir mövqe bildirib. Ümumiyyətlə, ölkədə əcinnə ovuna çıxmağı dayandırmaq lazımdır. Müxalifət düşərgəsində birincilik iddiası, potensial rəqiblərin çirkli yollarla sıradan çıxarılması taktikasına son qoyulmalıdır. Əgər həqiqətən kiminsə əlində dövlətə və millətə ziyan vuracaq faktlar haqqında məlumatlar mövcuddursa, rəsmi instansiyalara müraciət etməlidir. Amma mətbuat imkanlarından istifadə edib kimlərəsə böhtan, şər atmaq, qara yaxmaq bolşevizmin, faşizmin ənənələridir.
- Bu dedikləriniz Əvəz Temirxana, yoxsa İsa Qəmbərə aiddir?
- Bu hamımıza, ilk növbədə mənim özümə aiddir. Bu münasibətlər normal sistemə keçməyənə qədər bizdə uğur olmayacaq.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək