Bank Of Baku

Milli Məclisin sədr müavini Azərbaycan Ordusunda baş vermiş qətl hadisəsinə münasibət bildirib

Milli Məclisin sədr müavini Azərbaycan Ordusunda baş vermiş qətl hadisəsinə münasibət bildirib
# 29 yanvar 2010 11:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan ordusunda baş vermiş faciə ilə bağlı siyasi və yaxud başqa məqamlar axtarmaq lazım deyil”. APA-nın məlumatına görə bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan ordusunda 6 hərbçinin ölümü ilə nəticələnmiş hadisəyə münasibət bildirərkən deyib. Bu hadisənin faciə olduğunu deyən vitse-spikerin sözlərinə görə, istintaqın bu məsələni araşdırması üçün vaxt vermək lazımdır: “Hər halda düşünürəm ki, bu hadisə onu törədənlərin, iştirakçıların bəlkə də psixoloji durumu ilə bağlı olub. İstənilən halda bu yaxşı hal deyil. Nəzərə alaq ki, mülki həyatda da hər gün buna bənzər hadisələr baş verir. Orduda nizam-intizama əməl olunması üçün səylər göstərilsə də, ora hər evdən, hər ailədən, hər regiondan müxtəlif düşüncəli, müxtəlif psixoloji durumlu adamlar gəlir. Əldə silah olanda bu adamların hansı addım atacağını heç kim proqnozlaşdıra bilmir. Hər halda düşünürəm ki, orduda nizamnamə tələblərinə ciddi şəkildə əməl olunması işi davam etdirilməlidir. Bu kimi halların baş verməməsi üçün lazım olan bütün addımlar atılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR