Bank Of Baku

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib
# 29 yanvar 2010 11:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin (MM) yaz sessiyasının başlanması münasibətilə mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov əvvəlcə parlamentin payız sessiyası ərzində görülən işlərdən danışıb. O bildirib ki, ötən sessiya müddətində ən böyük hadisələrin biri MM-in yeni korpusunun istifadəyə verilməsidir: “Payız sessiyası dövründə parlamentin 13 iclası keçirilib, ümumilikdə 80 qanun və qərar qəbul edilib. Bundan əlavə, Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyəti bir neçə ölkəyə işgüzar səfər edib. Sessiya müddətində Milli Məclisdə 1650 vətəndaş qəbul olunub. Ümumilikdə 2009-cu ildə 4968 vətəndaş parlamentdə qəbul edilərək dinlənilib. Ötən sessiya dövrü həmçinin TürkPA-nın yaradılması ilə əlamətdar olub”.

A. Nəsirov yaz sessiyasının qanunvericilik işləri planından da danışıb. Onun sözlərinə görə, yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib: “Bu səsənədlər Tikinti, Şəhərsalma, Rəqabət məcəllələri, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında”, “Pambıqçılıq haqqında”, “Fərdi məlumatlar haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında”, “Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “İctmai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında”, “Kənd təsərrüfatının kooperasiyası haqqında”, “Bələdiyyələrin hesabatları haqqında”, “İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında”, “Kəşflərin hüquqi qorunması haqqında”, “Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında” qanun layihələrindən ibarətdir. Eyni zamanda, Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına faxildir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR