Bank Of Baku

Bahar Muradova: “Azərbaycanda söz, vicdan azadlığına, mətbuat orqanlarının sərbəst fəaliyyətinə hər hansı maneə görmürəm”

Bahar Muradova: “Azərbaycanda söz, vicdan azadlığına, mətbuat orqanlarının sərbəst fəaliyyətinə hər hansı maneə görmürəm”
# 29 yanvar 2010 11:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mikloş Haraştinin Azərbaycanla bağlı dediyi fikirləri qətiyyən doğru hesab etmirəm. Haraşti bu fikirləri söyləyərkən digər ölkələrə də diqqət yetirməli və avtoritar ölkələrin müasir dövrdə tərifini yadına salmalı idi”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin Azərbaycanın qismən, Naxçıvanın isə tam avtoritar şəkildə idarə edilməsi ilə bağlı fikirlərinə münasibət bildirən B. Muradova, bu cür açıqlamaların zaman-zaman eşidildiyini söyləyib: “Haraşti Azərbaycana ara-sıra səfərlər edir və burada bir çox hallarda məqsəd və məramı başqa olan dairələrdən məlumatlar alır. Bu cür dəyərləndirmələr hər zaman birtərəfli və hansısa maraqlara söykənmiş olur”.

Sədr müavini bəyan edib ki, Azərbaycanda həbsdə olan jurnalistlər konkret cinayət hallarına yol vermiş adamlardır: “Şəxsən mən Azərbaycanda vicdan azadlığına, söz azadlığına, mətbuat orqanlarının sərbəst fəaliyyətinə hər hansı maneə görmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR