Bank Of Baku

Vitse-spiker Azərbaycanda proporsional seçki sisteminin bərpasını real saymır

Vitse-spiker Azərbaycanda proporsional seçki sisteminin bərpasını real saymır
# 29 yanvar 2010 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı fikirlər sadəcə təklifdir və mən belə təkliflərin səslənməsini normal qarşılayıram”. APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Azərbaycanda demokratik cəmiyyətin mövcud olduğunu bildirən vitse-spikerin sözlərinə görə, nə qədər ki, seçki və demokratik mühit var, bu cür fikirlər səslənə bilər: “Onu da demək istəyirəm ki, Azərbaycanda yaxın keçmişdə referendum keçirilib. Hazırda səslənən təklifi reallaşdırmaq üçün isə növbəti referenduma ehtiyac var. Amma mən bunu real görmürəm və vacib də saymıram. Majoritar seçki sistemi Azərbaycanın ictimai siyasi həyatına, reallıqlarına uyğundur, təcrübə də bunun müsbət nəticələrini verməkdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR