Bank Of Baku

Məntəqə seçki komissiyaları fevralın 5-dək seçici siyahılarının dəqiqləşdirilməsini başa çatdıracaq

Məntəqə seçki komissiyaları fevralın 5-dək seçici siyahılarının dəqiqləşdirilməsini başa çatdıracaq
# 30 yanvar 2010 08:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda 2010-cu il üçün seçici siyahılarının dəqiqləşdirilməsi fevralın 5-də məntəqə seçki komissiyalarında başa çatacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 5-dən başlayan proses sonrakı mərhələdə dairə seçki komissiyalarında davam etdiriləcək. DSK-lar isə hər bir məntəqə üzrə siyahıları yoxladıqdan sonra onları Mərkəzi Seçki Komissiyasına göndərəcəklər. Bu il may ayında seçici siyahıları MSK tərəfindən təsdiqlənəcək, yenidən çap olunmaqla bərabər qurumun rəsmi internet saytına da yerləşdiriləcək.

Seçki Məcəlləsinin tələbinə əsasən hər ilin əvvəlindən ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir. Bu prosesdə seçki komissiyaları ilə bərabər yerli icra hakimiyyətləri, pasport qeydiyyatı idarələri də iştirak edir.

Qeyd edək ki, 2009-cu ildə ölkə üzrə seçicilərin sayı 4 milyon 893 min 69 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR