Bank Of Baku

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası başlayıb

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası başlayıb
# 01 fevral 2010 09:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) yaz sessiyasının ilk iclası başlayıb. APA-nın xəbərinə görə, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan iclasda spiker Oqtay Əsədov çıxış edib. O. Əsədov MM-in ötən sessiyada uğurlu fəaliyyət göstərdiyini, 80-ə yaxın qanun və qərarlar qəbul olunduğunu deyib. MM sədri bildirib ki, ötən sessiyada parlamentin beynəlxalq əlaqələri daha da möhkəmlənib: “Biz yaz sessiyasında da məhsuldar fəaliyyət göstərəcəyik”.

O. Əsədov yaz sessiyasında MM-də Nazirlər Kabinetinin, Hesablama Palatasının, Ombudsmanın hesabatlarının dinlənəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR