MM sədrinin birinci müavini: Proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac yoxdur
Millət vəkili Mübariz Qurbanlı “İşğal altındakı ərazilər haqqında” qanunun qəbul olunmasını təklif edib. Onun sözlərinə görə, bu qanunla işğal olunan ərazilərin statusu müəyyən edilməlidir: “Bu qanunun qəbulu çox vacibdir. İşğala məruz qalan ölkələrin çoxu belə bir sənədi qəbul ediblər”.
Deputat Pənah Hüseyn parlamentdə Dağlıq Qarabağla bağlı məsələnin müvafiq icra hakimiyyətlərinin iştirakı ilə müzakirəsinin təşkil olunması təklifini irəli sürüb. O, həmçinin Amnistiya elan olunmasının və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyini qeyd edib: “Bu günlərdə deputat Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanı məhkəməyə verib. Jurnalistlərin həbsinin qarşısı alınmalıdır”.
Millət vəkili Qüdrət Həsənquliyev həmkarı Mübariz Qurbanlının qaldırdığı məsələni dəstəklədiyini deyib. Deputat, həmçinin Azərbaycan Silahlı Qüvvələrindəki vəziyyətlə bağlı məsələnin Milli Məclisdə müzakirəsinin vacib olduğunu deyib.
Deputat İkram İsrafil Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəni parlamentə təqdim etdiklərini, bu sənədin müzakirəyə çıxarılmasının zəruri olduğunu bildirib: “Biz həmçinin təklif edirik ki, proporsional seçki sistemi bərpa olunsun”.
Deputat Siyavuş Novruzov isə həmkarına cavab verərək qüvvədə olan Seçki Məcəlləsinin tam normal olduğunu, hər hansı dəyişikliyə ehtiyac görmədiklərini deyib.
MM sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, proporsional seçki sistemi ilə bağlı məsələni indi yox, referendum zamanı qaldırmaq lazım idi: “Buna ehtiyac yoxdur. Düzdür, çoxlu partiyalar var. Amma bu proses hələlik klassik sistem formasina gəlib çatmayib. Niyə majoritar sistemdən qorxursunuz?”
Z. Əsgərov həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbinə də toxunub: “Jurnalistlər də digər vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Hər kəs tötrətdiyi əmələ görə məsuliyyətə cəlb olunmalıdır. İndi deputatın şərəf və ləyaqəti tapdanıb. O, nə etsin? Bu məsələnin sivil həlli yolu məhkəməyə müraciət etməkdir. Cəlal müəllimin mənim vəkilliyimə ehtiyacı yoxdur, onun vəkili var. Ancaq götürüb etibarlı mənbə adı ilə nə gəldi yazırlar”.
Milli Məclisin spikeri Oqtay Əsədov da “Diffamasiya haqqında” qanunun qəbul olunması ilə bağlı səslənən təkliflərə münasibət bildirib: “Bu qanun Avropa ölkələrinin çoxunda qəbul olunmayıb”.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Rusiyanın Sumı vilayətində hündürmərtəbəli binanı vurması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək