Bank Of Baku

ADP ABŞ-ın Ermənistanı müdafiə etməsini və Türkiyəyə təzyiq göstərməsini pisləyib

ADP ABŞ-ın Ermənistanı müdafiə etməsini və Türkiyəyə təzyiq göstərməsini pisləyib
# 01 fevral 2010 13:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ADP İdarə Heyətinin fevralın 1-də keçirilən iclasında Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar müzakirə edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyəti Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərarın ABŞ tərəfindən müdafiə olunmasını həmin ölkənin Türkiyəyə təzyiq göstərməsi kimi qiymətləndirib. ADP rəhbərliyi hesab edir ki, Azərbaycan iqtidarı Dağlıq Qarabağ probleminin həllinin razılaşmanın tərkib hissəsi olmasında israr edən Türkiyə ilə həmrəy siyasət yürütməlidir.

İclasda həmçinin bu ilin sonunda Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə edilib. Partiya rəhbərliyi müxalifətin mümkün koalisiyasının qurulması istiqamətində fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR