Bank Of Baku

Qüdrət Həsənquliyev: “Elmira Axundova nə Milli Məclisdə, nə də Əfv Komissiyasında oturmağa layiqdir”

Qüdrət Həsənquliyev: “Elmira Axundova nə Milli Məclisdə, nə də Əfv Komissiyasında oturmağa layiqdir”
# 01 fevral 2010 13:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev həmkarı Elmira Axundovanın parlamentdə oturmağa layiq olmadığını deyib. APA-nın xəbərinə görə, deputatın bu ittihamına səbəb parlamentin səhər iclasında Qüdrət Həsənquliyevin əfv fərmanlarının tez-tez verilməsi ilə bağlı söylədiklərini Elmira Axundovanın “ədalətsizlik” kimi qiymətləndirməsi olub.

Q. Həsənquliyev deputat həmkarına cavab olaraq bildirib ki, onun qardaşı Nadir Həsənquliyev qətlə yetirilib və üç övladı, ailəsi başsız qalıb: “Mənim qardaşımı sifarişlə qətlə yertiriblər. Lakin Elmira Axundova Əfv Komssiyasınını hər iclasında məsələ qaldırır ki, qardaşımı qətlə yetirən killer azadlığa buraxılmalıdır. Bu iş onun ailəsinə başına gələrsə, belə edərdimi? Axı o da anadır. Mən bilirəm ki, Elmira xanim nəyin müqabilində bunu edir. Belə bir adam Əfv komissiyasının üzvü olmamalıdır. Mən bilirəm, o adama sifarişi kim verib. Bu adam nə Əfv Komissiyasına üzv olmağa, nə də Mlli Məclisdə oturmağa layiqdir”.

Spiker məsələyə münasibət bildirərək Q. Həsnquliyevə “Gərək bunu ikilikdə danışaydınız, kimin deputat olub-olmadığını biz yox, seçiciləri həll edir”-deyərək, cavab verib.

Qeyd edək ki, Q. Həsənquliyev çıxış edərkən E. Axundova iclas zalında olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR