Bank Of Baku

Arif Hacılı: “Müsavat partiyası səmimi müxalifət qüvvələrin birliyi naminə öz təklifindən geri çəkilə bilər”

Arif Hacılı: “Müsavat partiyası səmimi müxalifət qüvvələrin birliyi naminə öz təklifindən geri çəkilə bilər”
# 01 fevral 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Müsavat partiyası həqiqi, səmimi müxalifət qüvvələrin birliyi naminə öz təklifindən geri çəkilə bilər. Ancaq bir daha şərt olaraq irəli sürürük ki, müxalifət qüvvələrinin birliyi dedikdə həqiqi demokratik qüvvələrin, səmimi müxalifət qüvvələrinin birliyini nəzərdə tuturuq”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. Onun sözlərinə görə, hazırda müxalifətin birliyi ilə bağlı ən müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərdən birinin də Demokratiya Uğrunda İttifaq tərəfindən irəli sürüldüyünü deyən A. Hacılı hazırda bütün təkliflərin dəyərləndirilməsi prosesinin getdiyini qeyd edib: “DUİ-nin təklifində əsasən müxalifət partiyalarının ümumi bir toplantısının keçirilməsi təşəbbüsü və bu toplantıda qərarların qəbul olunması nəzərdə tutulur. Heç bir tərəddüd etmədən də belə toplantılara qatılmaq mümkün ola bilərdi. Ancaq əgər belə bir toplantı keçiriləcəksə və orada hər hansı birlik modelləri baş tutmayacaqsa, fikir ayrılıqları yaranacaqsa, bu, ictimai rəyə mənfi təsir göstərəcək. Belə hal gələcəkdə qurulması mümkün olan birliklərin yaranmasının da qarşısını ala bilər. Ona görə də biz bu məsələni ciddi müzakirə etməyin tərəfdarıyıq”. Qeyd edək ki, Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə ittifaq yaratmaq təşəbbüsü irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR