Bank Of Baku

Millət vəkili Elman Məmmədov: “Məni Dağlıq Qarabağla, qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən tədbirlərdən təcrid ediblər”

Millət vəkili Elman Məmmədov: “Məni Dağlıq Qarabağla, qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən tədbirlərdən təcrid ediblər”
# 01 fevral 2010 16:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Məni Qarabağla, qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən tədbirlərdən təcrid ediblər. Bunun səbəbini başa düşmürəm”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin üzvü Elman Məmmədov parlamentdə çıxışında bildirib. Deputat parlamentdəki həmkarları arasında Dağlıq Qarabağda gedən döyüşləri, Xocalı faciəsini onun qədər yaxından izləyən heç kəsin olmadığını bildirib. Elman Məmmədov, həmçinin Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etdiyini diqqətə çatdırıb.

Millət vəkili, həmçinin indiyə qədər Milli Məclisdə Milli Qəhrəmanların statusunu müəyyən edən qanunun qəbul edilməməsindən gileylənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR