Bank Of Baku

YAP üzvlərinin sayı yarım milyon nəfərə çatıb

YAP üzvlərinin sayı yarım milyon nəfərə çatıb
# 02 fevral 2010 08:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 500 min nəfərə çatıb. APA-nın məlumatına görə, bu gün partiyanın qərargahında 500 mininci üzvə partiya biletinin təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov 2 fevral - Gənclər Günü münasibətilə gəncləri tədbir edib və Azərbaycanda gənclərin faydalı məşğulluğu, təhsil alması üçün lazımı şəraitin yaradıldığını vurğulayıb. YAP üzvlərinin əksəriyyətini - təxminən 40 faizini gənclərin təşkil etdiyini deyən Ə. Əhmədovun sözlərinə görə, bu, gənclərin öz gələcəklərini İlham Əliyevə bağlamasına bariz sübutdur: “YAP Azərbaycanda ən güclü partiyadır. Digər partiyaların hamısı birləşsə, say, güc və digər parametrlərinə görə YAP-la müqayisə oluna bilməz. Azərbaycanda hər 10 seçicinin biri artıq YAP üzvüdür. Bu çox yüksək rəqəmdir və dünyada əhalisinin sayı bizim ölkənin əhalisinin sayı qədər olan ölkələrdəki partiyaların heç birində bizim partiyanın üzvü qədər üzvü olan siyasi qurum yoxdur. YAP-ın 500 mininci üzvü də gəncdir və hər il partiyaya 30 min ətrafında yeni üzv qəbul olunur”. Tədbirdə partiyanın 500 mininci üzvü olan Ləman Fərzəliyevaya partiya bileti təqdim olunub. BDU-nun tələbəsi olan L. Fərzəliyeva bildirib ki, o YAP-a üzv olmağı ilə fəxr edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR