Bank Of Baku

Müsavat Partiyası Milli Məclisə namizədlərini müəyyənləşdirməyə başlayıb

Müsavat Partiyası Milli Məclisə namizədlərini müəyyənləşdirməyə başlayıb
# 03 fevral 2010 11:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası bu ilin sonunda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını müəyyənləşdirməyə başlayıb. Partiya Məclisinin sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında bildirib ki, Müsavat rəhbərliyi üzvlərə müraciət edib ki, kimlər öz namizədliyini irəli sürmək niyyətindədirsə, bu barədə partiyanın seçki departamentinə müraciət etsin. Artıq müraciətlərin daxil olduğunu söyləyən S. Əkbərin sözlərinə görə, müraciətlərdə konkret dairələr də göstərilir: “Növbəti mərhələdə bununla bağlı partiya rəhbərliyində müzakirə aparılacaq. Müzakirənin nəticəsi daha çox seçkilərdə partiya şəklində, yoxsa hansısa koalisiya ilə iştirak edib-etməyəcəyimizdən asılı olacaq. Partiyanın üzvü olmayan ziyalılar, ictimai liderlər, regionlarda nüfuzu olan şəxslər də bizim partiyadan namizədliyini irəli sürə bilər. Amma koalisiya ilə seçkidə iştirak etsək, vəziyyət dəyişəcək”. S. Əkbər koalisiyada qələbə şansı daha çox olan namizədin müdafiə ediləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR