Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasına qatılacaq

Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasına qatılacaq
# 03 fevral 2010 13:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcək. Bu barədə APA-ya nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin tam tərkibdə təmsil olunacağı sessiya fevralın 18-19-da Vyanada keçiriləcək.

E. İbrahmov sessiyanın gündəliyinin hələlik konkret məlum olmadığını desə də, bəzi məsələlərin müzakirə ediləcəyi bildirib: “Bildiyimizə görə, Əfqanıstandakı vəziyyətlə bağlı məsələ də gündəlikdə olacaq”.

Nümayəndə heyətinin üzvü səfər zamanı Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşəcəklərini bildirib. E. İbrahimov sessiya çərçivəsində ATƏT PA-nın prezidentinin Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin təşkilatçılığı ilə Azərbaycan və Ermənistandan olan deputatların görüşünün baş tuta biləcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR