Bank Of Baku

İsa Qəmbər ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə yeni direktoru ilə görüşüb

İsa Qəmbər ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə yeni direktoru ilə görüşüb
# 03 fevral 2010 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Aleks Qriqoryevs ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, görüşün əvvəlində bu vəzifəyə yeni təyin olunmuş A. Qriqoryevs özü haqda məlumat verib. Sonra Azərbaycanda insan haqlarının və demokratiyanın durumu müzakirə edilib.

Görüşdə daha çox bu ilin noyabrında keçiriləcək parlament seçkiləri diqqət mərkəzində olub. Seçkilərin azad və ədalətli keçirilməsi üçün görülməli işlər haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda regionda və dünyada gedən proseslər dəyərləndirilib. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə Müsavat başqanının müavini Tofiq Yaqublu da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR