Bank Of Baku

Mübariz Əhmədoğlu: “Ermənistanın məqsədi nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır”

Mübariz Əhmədoğlu: “Ermənistanın məqsədi nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır”
# 04 fevral 2010 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) yanvar ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. APA-nın məlumatına görə mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında dünyada, bölgədə və Azərbaycanda ötən ay baş vermiş mühüm hadisələrdən danışıb.

Ermənistan ətrafında cərəyan edən hadisələrə toxunan politoloq bildirib ki, Sürix protokolları ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarı yeni situasiya yaradıb. Onun fikrincə, Ermənistan rəsmiləri hadisələrin bu cür inkişaf edəcəyini bilirdilər. SİTM sədri deyib ki, Ermənistan protokolların imzalandığı ərəfədə və imzalanma mərasimindən sonra xeyli qazanc əldə edib: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı diplomatik səylərin artmasına məhəl qoymayaraq tərəflər arasında hər hansı sənədin imzalanmasına imkan verməyib. Ermənistan rəsmiləri Türkiyə ilə münasibətlərin yumşalmasından dəm vursalar da, bu dövr ərzində Türkiyə rəsmləri ilə təmasdan yayınıblar. Ermənistanın məqsədi nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR