Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

Azərbaycan Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
# 04 fevral 2010 13:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin növbəti iclası fevralın 12-də keçiriləcək. Milli Məclisin üzvü Nazim Məmmədov APA-ya açıqlamasında iclasda 6 məsələnin müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, deputatlar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Fərdi məlumatlar haqqında” qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.

Bundan başqa, “Məlumat azadlığı haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında”, “Orden və medalların təsis edilməsi haqqında” qanunlara, o cümlədən bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı məsələyə münasibət bildiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR