Bank Of Baku

Pənah Hüseyn Demokratiya Uğrunda İttifaqın birlik yaratmaq üçün “Azadlıq” bloku və Müsavata etdiyi təklifdən geri çəkilməsini istəyir

Pənah Hüseyn Demokratiya Uğrunda İttifaqın birlik yaratmaq üçün “Azadlıq” bloku və Müsavata etdiyi təklifdən geri çəkilməsini istəyir
# 08 fevral 2010 12:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Millət vəkili Pənah Hüseyn Demokratiya Uğrunda İttifaqın (DUİ) birlik yaratmaq üçün “Azadlıq” bloku və Müsavat Partiyasına etdiyi təklifi geri çəkmək təşəbbüsü ilə çıxış edib. APA-ya açıqlamasında P. Hüseyn bildirib ki, bu fikri DUİ Sədrlər Şurasının bu gün keçirilən iclasında irəli sürüb. Buna səbəb isə adıçəkilən təşkilatların DUİ-nin təklifinə cavabı gecikdirməsidir: “Təklifin konkret zaman çərçivəsi olmalıdır. Son dövrlər müxalifət düşərgəsində xoşagəlməyən proseslər müşayiət olunur. “Azadlıq” bloku və Müsavat Partiyası DUİ-nin təklifini nə hə, nə də yox cavabı verir. Bununla bərabər? bu qurumlara yaxın olan mətbuatda, həmçinin bu qurumların funksionerlərinin müsahibələrində xoşagəlməz meyllər hiss olunur”.

P. Hüseyn bildirib ki, DUİ Sədrlər Şurası onun irəli sürdüyü təklifi qəbul etməyib: “Qurum üzvlərinin əksəriyyəti bu təklifdən geri çəkilməmək mövqeyində dayandı. Onlar müxalifətin birliyində daha çox təkid göstərməkdə israr edirlər”.

Qeyd edək ki, bir müddət əvvəl DUİ parlament seçkilərində müxalifətin birliyinin yaradılması təklifi ilə “Azadlıq” bloku və Müsavat Partiyasına müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR