Bank Of Baku

Müxalifət partiyalarının rəhbərləri Norveçin ədliyyə naziri ilə görüşüblər

Müxalifət partiyalarının rəhbərləri Norveçin ədliyyə naziri ilə görüşüblər
# 08 fevral 2010 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Norveç Krallığının Azərbaycanda səfərdə olan ədliyyə naziri Kunt Storberqtlə görüş keçiriblər. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, Norveçin Azərbaycandakı səfirliyində ədliyyə nazirinin təşkil etdiyi ziyafətə dəvət olunan müxalifətçilər norveçli qonaqla Azərbaycandakı ictimai-siyasi vəziyyət mövzusunda fikir mübadiləsi aparıblar. Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyətə diqqət yetirən müxalifət təmsilçiləri ölkənin demokratikləşməsinə Norveçin verdiyi dəstəyi xüsusi qeyd ediblər. Bununla bərabər onlar Azərbaycana beynəlxalq diqqətin daha da artırılması və effektli tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Ziyafətdə Norveç tərəfdən bu ölkənin ədliyyə naziri, onun müavini, nazirliyin şöbə müdirləri, Norveçin Azərbaycandakı səfiri, müxalifət partiyalarından isə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan və VİP sədri Əli Əliyev iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR