Bank Of Baku

ADP ölkə prezidentinin bəyanatını dəstəkləyir

ADP ölkə prezidentinin bəyanatını dəstəkləyir
# 08 fevral 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycan prezidenti İlham Əliyevin “Nabucco” qaz kəməri layihəsinin qüvvədə qalması barədə fikirlərini dəstəkləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin iclasında ölkə prezidentinin Almaniya səfərinin yekunları müzakirə edilib. Partiya rəhbərliyi prezident İ. Əliyevin Almaniya kansleri Angela Merkellə keçirdiyi brifinq zamanı Azərbaycanın “Nabucco” qaz kəməri layihəsində iştirakının qüvvədə qalması ilə bağlı səsləndirdiyi bəyanatı birmənalı dəstəkləyib: “ADP ölkənin apardığı xarici siyasətdə Rusiya ilə birtərəfli münasibətlərdən daha çox Avropaya inteqrasiya qapılarını açan bu cür proyektlərə üstünlük verilməsinin tərəfdarıdır”.

İclasda həmçinin ABŞ-ın ATƏT-dəki nümayəndəsinin Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar yaydığı bəyanat, ABŞ, Qərb ölkələri və Rusiyanın Ermənistanla imzalanmış protokolların ratifikasiya edilməsi üçün Türkiyəyə təzyiqlər göstərməsi müzakirə edilib. ADP rəhbərliyi Azərbaycan hakimiyyətini bu basqılar zəminində Türkiyə ilə bir yerdə olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR