Bank Of Baku

Müsavat Partiyası parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlayıb

Müsavat Partiyası parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlayıb
# 08 fevral 2010 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Divanı parlament seçkiləri ilə bağlı partiyanın fəaliyyət planının layihəsini müzakirə edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fəaliyyət planı barədə müəyyən qərarlar qəbul olunub.

İclasda “Eks-prezidentlərin statusu haqqında” qanun layihəsi haqqında da müzakirə aparılıb. Partiya rəhbərliyi bu layihə əsasında eks-prezident statusunun Əbülfəz Elçibəyə şamil edilməməsi niyyətindən narahatlığını bildirib və bunu demokratik dövlət quruculuğu prinsiplərinə etinasızlıq kimi qiymətləndirib. Müsavat deputat qrupuna Milli Məclisdə müzakirəsi nəzərdə tutulan “KİV haqqında” qanuna dəyişikliklərin müzakirəsində fəal iştirak etmək tapşırığı verilib.

Son günlər Bakıya və ölkənin digər regionlarına güclü qar yağmasından sonra yaranmış vəziyyət də müzakirə edilib. Qar və çovğun haqqında bir neçə gün əvvəldən məlumat verilməsinə baxmayaraq hər hansı hazırlığın görülməməsi pislənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR