Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın deputatlığa namizədlərinin müşavirəsi keçiriləcək

Demokratiya Uğrunda İttifaqın deputatlığa namizədlərinin müşavirəsi keçiriləcək
# 08 fevral 2010 14:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda ittifaqa daxil olan partiyaların rəhbərliklərinin iştirakı ilə 2010-cu il parlament seçkilərində namizədlikləri müəyyənləşdirilmiş şəxslərin seçki dairələri üzrə siyahıya alınması ilə bağlı ümumi müşavirənin keçirilməsi barədə qərar qəbul olunub. İclasda həmçinin, qar yağması nəticəsində baş verən problemlər müzakirə edilib və ölkənin əksər hissəsində yolların bağlanması, elektrik enerjisinin olmaması, Bakı şəhərində çörək təminatında fasilələr olmasını ittifaq hakimiyyətin qışa hazır olmaması kimi dəyərləndirib.

İclasda həmçinin fevralın 15-də keçiriləcək növbəti Qarabağ forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, DUİ-yə Klassik Xalq Cəbhəsi , Böyük Azərbaycan, Azadlıq, Xalq və Milli Qurtuluş partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR