Bank Of Baku

“Gənc liderlər üçün Qış Universiteti” sessiyasında “Azərbaycançılıq fəlsəfəsi” mövzusunda mühazirə oxunub

“Gənc liderlər üçün Qış Universiteti” sessiyasında “Azərbaycançılıq fəlsəfəsi” mövzusunda mühazirə oxunub
# 08 fevral 2010 14:22 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Azərbaycan Gənclər və İdman nazirliyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc liderlər üçün Qış Universiteti”nin iştirakçıları bu gün Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Fərhad Məmmədovla görüşüb. APA-nın məlumatına görə qonaq gənclərə “Azərbaycançılıq fəlsəfəsi” mövzusunda mühazirə oxuyub. O bildirib ki, Azərbaycan vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycançılıq ideologiyası altında birləşirlər. Sonra qonaq gənclərin müxtəlif mövzularda verdikləri sualları cavablandırıb.

Qeyd edək ki, fevralın 2-dən 10-dək keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” iştirakçılarına natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, azərbaycançılıq fəlsəfəsi kimi praktiki təlimləri ilə bağlı mühazirələr oxunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR