Bank Of Baku

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İrəvan xanlığı” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İrəvan xanlığı” kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 10 fevral 2010 08:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İrəvan xanlığı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP-ın icra katibi Əli Əhmədov deyib ki, bu kitab Cənubi Qafqazın tarixində mühüm rol oynayan İrəvan xanlığından bəhs edir. Onun sözlərinə görə, millət və xalq üçün torpaq itkisi nə qədər ağırdırsa, bu itkini unutmaq bir o qədər də ağırdır: “Azərbaycan xalqı itirdiyi torpaqları unutmur. Bunu unuduruqsa, demək gələcək var. Azərbaycan gəncliyi bu gələcəyin nədən ibarət olduğunu bilir. İrəvan xanlığının tarixi Azərbaycan xalqının min illər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz hissəsidir. Bu kitab müxtəlif dillərə tərcümə olunacaq və bütün dünyada yayılacaq”.

Kitabın müəlliflərindən biri olan Yaqub Mahmudov bildirib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türkləri idi. Bu kitabda hər şey faktlarla sübut olunub”.

Tədbirdə ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsini sübut edən arxiv sənədləri və rəsmlər nümayiş etdirilib.

Qeyd edək ki, 576 səhifədən ibarət kitab Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR