Türkiyəli ekspert: “Minsk Qrupu Azərbaycandan beynəlxalq hüquqa zidd kompromislər tələb etsə, prosesi baltalayar”
- Vasitəçilər bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsi kompromis əsasında həll olunmalıdır. Azərbaycandan hansı kompromis istənilir? Mümkündürmü, desinlər ki, işğal olunmuş digər ərazilər qaytarılsın, ancaq Dağlıq Qarabağ qalsın?
- Azərbaycandan hansı kompromislər tələb edilir, bunu bilmirəm. Əgər bir ölkə haqlıdırsa, özünün ərazi bütövlüyünü qorumaq istəyirsə, həmin ölkədən tələb ediləcək kompromisin səviyyəsi də bəllidir. Əgər bundan artığını istəyirlərsə, o ölkə qətiyyən buna razı olmaz, deməli, bunu istəyənlər də xoşməramlı deyillər. Ortada ərazi bütövlüyü məsələsi var. Beynəlxalq siyasətin birinci şərti nədir? Sərhədlərin toxunulmazlığı. Beynəlxalq sistem bunun üzərində qurulub. Buna baxmayaq, Azərbaycandan başqa tələblər varsa, xoş niyyətli olduqlarına qətiyyən inanmıram. Əgər bu doğrudursa, Minsk Qrupunun mövqeyindən təəssüflənirəm. Çünki məsələnin həlli ilə bağlı təşəbbüs tamamilə Minsk Qrupunun əlindədir. Minsk Qrupu beynəlxalq hüquqa zidd hərəkət etsə, prosesi baltalayar.
- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu ideyanın həyata keçməsi nə qədər realdır?
- Bu, çox gözəl ideyadır. Mən bölgə üzrə mütəxəssis, bölgəni çox yaxşı tanıyan biri kimi belə bir ideyanı dəstəkləyirəm. Amma bugünkü şərtlər altında, Ermənistanın bugünkü mövqeyi ilə ideyanın reallaşacağına inanmıram. Türkiyə dövləti Qafqazda işbirliyi, kooperasiya üçün hər şeyi etdi. Ancaq Ermənistandan gələn işarələr göstərir ki, onlarda belə bir iradə, istək yoxdur. Yəni nə qədər yaxşı fikir, ideya olsa da, bu gün bunun real olmadığını düşünürəm. Gələcəkdə şərtlər düzəlsə, mütləq üzərində müzakirə aparılmalıdır.
- Bunun üçün nə etmək lazımdır?
- Birincisi, Ermənistanın təcili olaraq Türkiyə və Azərbaycanla münasibətlərini düzəltməlidir. Türkiyənin Ermənistanla sərhədi bağlamasının iki əsas səbəbi var: Birincisi, Ermənistanın Türkiyəyə ərazi iddiaları, digəri Azərbaycan ərazilərinin işğalıdır. Bjezinski deyir ki, xarici siyasət kosmik gəmiyə bənzəyir, çox manevr etmək mümkün deyil. Türkiyənin xarici siyasətində də bu məsələdə radikal dəyişiklik etmək mümkün deyil. Bu iki istək həyata keçməsə, bu iki məsələ ilə bağlı uzlaşma olmasa, Ermənistanla münasibətləri inkişaf etdirmək olmaz.
- Türkiyə XİN-in rəsmi nümayəndəsi protokollarla bağlı yaranmış vəziyyətlə əlaqədar İsveçrə və ABŞ-a səfər edib. Sizcə Ankara ABŞ-dan konkret nə tələb edəcək?
- İki məsələnin gündəmə gətiriləcəyini təxmin edirəm. Birincisi, ABŞ-dan Ermənistana təsir göstərməsi xahiş ediləcək. Çünki indi dedikləri ilə yola yeni başlayarkən dedikləri arasında uçurum qədər fərq var. İkincisi, erməni diasporu “soyqırım”la bağlı qərar layihəsini Konqresin müzakirəsinə çıxarır. Bu, prosesə müsbət təsir göstərməz, əksinə, baltalayar. Məncə, bunlar ABŞ-a çatdırılacaq.
- Ermənistanda prezidentə protokollardan imzasını geri çəkmək səlahiyyəti verən qanun hazırlanıb.
- Heç də xoşməramlı təşəbbüs deyil. Bunun adı hiylədir. Təbii ki, Ermənistanın daxili siyasətini də nəzərə almaq lazımdır. Bu protokollar Ermənistanın daxilində hansı reaksiyaya səbəb oldu? Bunlara baxmaq lazımdır. Ermənistan hakimiyyətinin iki məqsədi var: Birincisi, daxili siyasətdə özünə qarşı etirazları nəzarətdə saxlamaq, ikincisi, Türkiyə ilə işlər qaydasında getməsə, bundan təhdid kimi istifadə etmək. Ancaq nəticədə bu, prosesin ruhuna qarşı bir təşəbbüsdür.
- Bu günlərdə Fələstində Azərbaycan, Azərbaycanda isə Fələstinin nümayəndəliyinin açılması məsələsi gündəmə gəlib. Türkiyənin Azərbaycan-Fələstin münasibətlərinin yaxşılaşmasına münasibəti necədir?
- Bu mövzuda hər hansı fikir söyləmək üçün daha ətraflı məlumata malik olmalıyam. Amma rahatlıqla deyə bilərəm ki, əgər Azərbaycan belə bir qərar qəbul edibsə, bunun Türkiyənin xoşuna gəldiyini təxmin edirəm. Çünki Fələstin də beynəlxalq sistemə inteqrasiya edilməlidir. Fələstinə bu dönəmdə dəstək olmaq lazımdır, çünki çətin günlər keçirir. Əgər belə bir qərar varsa, təqdir edilməlidir.
- İsrailin xarici işlər naziri Azərbaycana səfər edib. Türkiyə Azərbaycan-İsrail münasibətlərinin inkişafına necə baxır? Hər hansı neqativ hal ola bilərmi Türkiyə üçün?
- Heç bir halda olmaz. Azərbaycan beynəlxalq sistemdə yer alan aktyorlarla nə qədər yaxşı münasibət qursa, Türkiyə Cümhuriyyəti olaraq bundan məmnun olarıq. Bu məsələdə bir şey söyləmək bizim həddimiz deyil. Azərbaycan İsrail və digər dövlətlərlə münasibətlərini inkişaf etdirmək istəyirsə, biz buna hörmətlə yanaşırıq.
- “Nabucco” layihəsinin gələcəyi ilə bağlı nə düşünürsünüz?
- Bu layihə çox önəmlidir. 19-cu əsrin sonlarından başlayaraq indiyədək beynəlxalq sistemi müəyyənləşdirən əsas parametr enerji olub. Xüsusilə, 1990-cı illərdən sonra. 2001-ci ildə ABŞ-ın milli enerji siyasəti açıqlanmışdı. Orada açıq göstərilib ki, bəlkə də enerji dediyimiz hekayə budur - qaynaqlar azalır, asılılıq artır. Bunun üçün qaynaqların çeşidləndirilməsi və təklif təhlükəsizliyinin təmin olunması lazımdır. Təkcə Yaxın Şərqdən asılı qalmamaq üçün Xəzər bölgəsi son dərəcə önəmlidir. Yəni Azərbaycan və Qazaxıstan çox önəmlidir. “Nabucco” layihəsi də bu qaynaqların çeşidləndirilməsi üçün ciddi proyektdir. Üzərində düşünülməlidir, gündəmdə saxlanmalıdır. Əgər “Nabucco” baltalansa, mən üzülərəm. Mən bu layihənin alınmayacağına inanmıram. Təkrar edirəm, enerji təhlükəsizliyinin və təklifinin davamlılığı önəmlidir. Bunun olması üçün də “Nabucco” həyata keçməlidir. Mən optimistəm.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb