Bank Of Baku

ACP seçki hazırlığına başlamayıb

ACP seçki hazırlığına başlamayıb
# 11 fevral 2010 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası bu ilin sonunda keçiriləcək parlament seçkilərinə hazırlığa başlamayıb. Partiya İdarə Heyətinin üzvü Yaqub Abbasov APA-ya açıqlamasında bildirib ki, buna səbəb partiyanın lideri Rəsul Quliyev tərəfindən hər hansı tapşırığın olmamasıdır: “Gərək partiyanın lideri tapşırıq versin. Bu barədə o düşünməlidir. Partiyanın bütün idarəçiliyi, koordinasiyası liderin ixtiyarındadır”.

Y. Abbasov onu da əlavə edib ki, seçkilərin demokratik keçirilməsi üçün hakimiyyət tərəfindən bir sıra addımların atılmasına ehtiyac var: “Əgər hər hansı dəyişiklik olmayacaqsa, o zaman seçkidə iştirak etməyin heç bir mənası yoxdur. Kor-koranə parlament seçkilərində iştirak edib uğur qazanmaq mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR