Bank Of Baku

AŞ PA həmməruzəçiləri MSK sədri ilə görüşüblər

AŞ PA həmməruzəçiləri MSK sədri ilə görüşüblər
# 11 fevral 2010 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Debona Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu və bu səmərəli əməkdaşlığın Azərbaycanda seçki prosesinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını bildirib. Həmməruzəçilərə ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları, vahid seçici siyahısının dəqiqləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR