Bank Of Baku

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yaranan enerji böhranı Azərbaycan Milli Məclisində müzakirə olunub

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yaranan enerji böhranı Azərbaycan Milli Məclisində müzakirə olunub
# 12 fevral 2010 10:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkilləri Bakıda qarlı hava şəraiti ilə əlaqədar yaranan enerji böhranını qabardıblar. APA-nın xəbərinə görə, deputat İqbal Ağazadə Bakıda hava şəraiti ilə bağlı yaranan problemləri ciddi qüsur kimi qiymətləndirib. Onun sözlərinə görə, müvafiq qurumların səlahiyyət bölgüsü yenidən aparılmalıdır: “Bakı şəhərinin kommunal təchizatı ilə bağlı məsələ bələdiyyələrin sərəncamına verilməlidir. Bakı şəhər bələdiyyəsi yaradılmalıdır”.

Deputat Zahid Oruc Bakıda hökm sürən çətin hava şəraiti zamanı bütün qurumların səfərbər olduğunu və problemli aradan qaldırdığını deyib.

Tahir Rzayev isə bələdiyyələrə səlahiyyətlərin verilməsinin əlavə problem yarada biləcəyini bildirib: “Onlar hələlik o işin öhdəsindən gələ bilməzlər. Yollar təmizlənirdi də, problem aradan qaldırılırdı da...”

Qüdrət Həsənquliyev isə qarın yağmasının Bakının təsərrüfatının bərbad olmasını göstərdiyini deyib: “Yol polisinin, FHN-in fəaliyyətini təqdir edirəm. Lakin Bakının enerji təchizatının saatlarla dayanması ciddi problemdir. Zibillər küçədə qalmışdı. Bu problemlərin çoxu islahatların aparılmaması ilə bağlıdır. Bu sahəyə aid qurumlar özəlləşməlidir. Qüsurlara yol verən şəxslər isə cəzalandırılmalıdır”.

Fəzail Ağamalı enerji böhranının araşdırılmalı və ölçü götürülməli olduğunu deyib. Onun sözlərinə görə, bu problem müvafiq qurumların səhvi ucbatından yaranıb: “Heç bir problem olmadı, işıqdan başqa...”

Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, həqiqətən pis hava şəraitində FHN və yol polisi də gözəl işləyib: “Ancaq enerji problemi Amerikada qar yağanda da yaranmışdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR