Bank Of Baku

Ziyafət Əsgərov: “Milli Məclis Xocalı faciəsini soyqırım kimi tanıyıb”

Ziyafət Əsgərov: “Milli Məclis Xocalı faciəsini soyqırım kimi tanıyıb”
# 12 fevral 2010 10:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycan Milli Məclisi Xocalı faciəsini soyqırım kimi tanıyıb. 1994-cü il fevralın 24-də Xocalı soyqırımına qətliam kimi qiymət verilib”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdəki çıxışında deyib. Son günlər mətbuatda Xocalı faciəsinin Milli Məclis tərəfindən soyqırım kimi tanınmaması haqda yer alan iddialara toxunan Z. Əsgərov bu fikirləri yayan şəxsləri məlumatsızlıqda ittiham edib. O bildirib ki, həmin vaxt Xocalı soyqırımının tanınması üçün bütün dünyaya müraciət olunub.

Millət vəkili Qənirə Paşayeva da Xocalı ilə bağlı danışıb: “Gözləmək lazım deyil ki, hadisənin ildönümü gəlsin. İndidən dünya ölkələrinə müraciət etmək lazımdır ki, Xocalını soyqırımı kimi qəbul eləsinlər”.

Bununla bağlı artıq təcrübə olduğunu da deyən Q. Paşayava İslam Konfransı Təşkilatının Xocalının soyqırımı ilə bağlı qətnamə qəbul etdiyini xatırladıb.

Millət vəkili bununla bağlı MM-də müvafiq müraciətlərin hazırlanaraq dövlətlərə göndərilməsini təklif edib.

Q. Paşayeva MM adından aprelin 24-ü ərəfəsində qondarma soyqırımı ilə bağlı iddiaların gündəlikdən çıxarılması barədə ABŞ Konqresinə müraciət olunması təklifi ilə də çıxış edib.

Deputat bildirib ki, konqresdə bununla bağlı müzakirələrin aparılması ABŞ-ın obyektivliyinə kölgə sala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR