Bank Of Baku

Müsavat Partiyası Məclisinin sədri: “Partiya başqanlığına namizədliyimi irəli sürməyəcəyəm”

Müsavat Partiyası Məclisinin sədri: “Partiya başqanlığına namizədliyimi irəli sürməyəcəyəm”
# 12 fevral 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər partiya başqanlığına namizədliyini irəli sürməyəcək. S. Əkbər APA-ya açıqlamasında deyib ki, bunun hər hansı xüsusi səbəbi yoxdur: “Partiyanın Nizamnaməsinə görə, partiyanın hər bir üzvünün hüququ var ki, namizədliyini irəli sürsün. Digər tərəfdən mən bu məsələnin müzakirəyə çıxarılmasını çox erkən hesab edirəm. Azərbaycanda parlament seçkiləri gözləndiyi bir zamanda mənə elə gəlir ki, bu, çox erkən “aktuallaşdırılan” məsələdir. Bu müzakirələrin Müsavat Partiyasının maraqlarına uyğun olmadığını düşünürəm”.

S. Əkbər bildirib ki, hazırda onun partiya başqanlığına hər hansı namizədi yoxdur və qurultayda irəli sürüləcək namizədlərdən birini dəstəkləyəcək. O, həmçinin partiyanın hazırkı başqanı İsa Qəmbərin Müsavatın lideri olaraq qalacağını, növbəti prezident seçkilərində də onun namizədliyinin irəli sürüləcəyini qeyd edib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya bildirib ki, bu barədə danışmağı tez hesab edir: “Mənim bu posta namizəd olub-olmamağım qurultay ərəfəsində siyasi abı-havadan asılı olacaq. Namizədliyimi irəli sürəcəyəmsə, bu, təkcə mənim yox, partiyada olan dostlarımın, partiya rəhbərliyinin müzakirəsi nəticəsində ola bilər. Çünki bu, çox məsuliyyətli məsələdir və qurultaya bir ilə yaxın müddət qaldığı bir vaxtda bu barədə danışmağı məqsədəuyğun saymıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR